“Trabzonspor” Denis Dragusu rəsmən açıqlayıb

Bakı, 25 iyun, Sporaz.tv

Trabzonspor” rumıniyalı hücumçu Denis Dragus ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki,“Trabzonspor” klubunun açıqlaması belədir:

“Peşəkar futbolçu Denis Mihai Dragus ilə 4 (dörd) illik razılaşma əldə olunub.Edilən razılaşmaya görə, futbolçuya hər mövsüm üçün 1.575.000. avro zəmanət haqqı ödəniləcək.İdarəçilik xidməti haqqı olaraq isə oyunçuya ödəniləcək ümumi əmək haqqının 3,8% qədərində ödəmə ediləcəkdir”.