“Trabzonspor” daha bir transferini açıqlamağa hazırlaşır

Bakı, 30 iyul, Sporaz.tv

TrabzonsporOkay Yokuşlunun transferi üçün “West Bromwich”lə anlaşıb. Okay Yokuşlunun bordo-mavili komanda ilə 3 illik müqavilə imzalaması gözlənilir.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor” Okay Yokuşlunu heyətinə qatmağa yaxındır.

“Tünd qırmızı-mavi” klubun 2018-ci ildə komandadan ayrılan keçmiş futbolçusu Okay Yokuşlunu yenidən heyətinə qatdığı və transfer üçün klubu “West Bromwich”lə razılığa gəlindiyi bildirilib.

Təxminən bir aya yaxın davam edən danışıqların yekunlaşdığı və Okay Yokuşlunun “Trabzonspor”la 3 illik müqavilə imzalayacaq.

Təcrübəli yarımmüdafiəçinin bu gün Türkiyəyə gələcəyi və səhhəti ilə bağlı yoxlamalardan sonra “Trabzonspor”un düşərgəsinə qatılacağı bildirilib.

Ötən mövsüm Okay Yokuşlu “West Bromwich”in heyətində 48 matçda iştirak edib.

Təcrübəli futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Okay Yokuşlu 2024-cü il Avropa Futbol Çempionatında 3 matçda iştirak edib.

“Trabzonspor” Okay Yokuşlu ilə bu mövsüm 9-cu transferini edəcək.

    “Bordo-mavililər” daha əvvəl Pedro Malheiro, Cihan Çanak, Ozan Tufan, Denis Draguş, John Lundstram, Borna Barisic, Stefan Savic ve Anthony Nwakaemeni heyətinə qatmışdı.

    Bahar Rüstəm