“Trabzonspor”, Batista Mendynin transfer qiymətini müəyyən edib

Bakı, 19 avqust, Sporaz.tv

Trabzonspor“da çıxış edən Batista Mendy, “Galatasaray“(Qalatasaray)-ın gündəmindədir. Digər tərəfdən, bordo-mavilər, Batista Mendynin transfer qiymətini təyin edib.

Sporaz.tv məlumat verir ki, “Trabzonspor”un 24 yaşlı fransız hücumçusu Batista Mendy təəccüblü şəkildə “Galatasaray”ın gündəminə düşüb.

Fransa xəbərlərində sarı-qırmızılıların Mendy üçün “Trabzonspor”un qapısını döydüyü bildirilirdi.

“Galatasaray”ın transfer üçün ödəməli olduğu transfer haqqı da açıqlanıb.

Xəbərdə “Trabzonspor”un Batista Mendy üçün ən az 10 milyon avro tələb etdiyi barədə ətraflı məlumat verilib.

Bir neçə həftədir ki, “Crystal Palace”ın Batista Mendy ilə maraqlandığı və “Mavilər”ə təklif etdiyi vurğulanıb.

“Trabzonspor”, ötən mövsümün əvvəlində “Angers”dən Batista Mendyni 4,4 milyon avroya transfer etmişdi.

2023-24 mövsümündə Superliqa və Türkiyə Kubokunda ümumilikdə 38 matça çıxan Batista Mendi 3633 dəqiqə meydanda qalıb və 1 qol və 1 məhsuldar ötürmə hesabı ilə töhfə verib.