“Trabzonspor” Avropa Liqasında tur üçün meydanda

Bakı, 31 iyul, Sporaz.tv

TrabzonsporUEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Ruzomberok“u qəbul edəcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanan tünd-göylər qalibiyyət və heç-heçə ilə növbəti mərhələyə adlayacaq.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçın revanşında sabah Slovakiyanın “Ruzomberok” komandasını qəbul edəcək.

Saat 20.30-da Papara Parkda başlayacaq qarşılaşmanı serbiyalı Nenad Minakovic idarə edəcək. Minakovicin köməkçiləri Nikola Borovic və Bosko Bozovic olacaq.

“Trabzonspor” qalibiyyət və ya heç-heçə ilə növbəti mərhələyə yüksələcək. Əgər “bordo-göy” komanda matçda üç və ya daha çox fərqli hesabla uduzsa, “Ruzomberok” raundu keçəcək.

“Trabzonspor”un yeni transferi Stefan Savic ilk oyundan əvvəl UEFA-ya xəbər verilmədiyi üçün matçda meydana çıxa bilməyəcək.

Qara dəniz komandası bu axşam saat 18.00-da edəcəyi məşqlə matçın hazırlığını tamamlayacaq.

Bahar Rüstəm