“Tottenham”la oyun öncəsi “Arsenal”da ciddi itki

Bakı, 11 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqasında “Arsenal“forması geyinən Martin Odegaard, topuğundakı zədə səbəbindən bir müddət meydandan uzaq ola bilər.

Sporaz.tv xəbər verir ki, bu həftə sonu İngiltərə Premyer Liqasında Şimali London derbisində “Tottenham”la qarşılaşacaq “Arsenal”ın kapitanı və ulduz futbolçusu Martin Odegaarddan pis xəbər gəlib.

UEFA Millətlər B Liqasında Norveçin Avstriya ilə matçının ikinci yarısında Odegaard, topuq nahiyəsindən zədə aldıqdan sonra meydanı tərk etməli olub.

Milli komandanın həkimi Ole Sand, Norveç mediası VG-yə açıqlamasında Odegaardın bir müddət meydandan uzaq ola biləcəyini bildirib.

“Bu tip ayaq biləyi zədələri adətən ən azı 3 həftə davam edir. Qalan hər şey sadəcə bir bonusdur. Daha da uzun müddət davam edə bilər”, – Sand açıqlamasında bildirib.

“Tottenham” və “Arsenal” arasında Şimali London derbisi sentyabrın 15-i bazar günü oynanılacaq.

Leave a Reply