“Tottenham”də 4 ayrılıq

Bakı, 5 iyun, Sporaz.tv

Ötən mövsüm İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vuran Tottenham “Tottenhem Hotspur” yeni mövsüm öncəsi heyətində işlərini davam etdirir.

Sporaz.tv xəbər verir ki, İngiltərə komandası 4 futbolçusunun müqaviləsini uzatmayacaqlarını açıqlayıb.

London komandasında transfer çalışmaları davam edərkən, baş məşqçi Ange Postecoglou da komandadan ayrılacaq adları müəyyən edib. İngiltərə yığmasında müqaviləsi başa çatan Yafet Tanqanqa, Rayan Sessenyon, Erik Dayer və İvan Perişiçlə müqavilənin uzadılmaması qərara alınıb.

Klubdan edilən açıqlamada 4 futbolçuya zəhmətlərinə görə təşəkkür edilib: “Erik Dayer, İvan Perişiç, Rayan Sessen və Yafet Tanqanqaya kluba xidmətlərinə görə təşəkkür edir və onlara gələcək üçün ən yaxşısını arzulayırıq”, – deyə məlumatda bildirilir.