“Tottenham”-“Qarabağ” matçının vaxtı dəyişdirilib

Bakı, 26 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

Sporaz.tv xəbər verir ki, bu haqqda “Qarabağ”-ın sosial media hesabında paylaşılıb.

Matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac komandamızın qarşılaşmanın baş tutacağı “Tottenham Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.

Leave a Reply