Tore Andre Flo, karyerasını harda, necə davam etdirir?

Bakı, 6 avqust, Sporaz.tv

Bir vaxtlar Chelsea (Çelsi) forması ilə fırtına yaradan və Türkiyəyə transferi daim gündəmdə olan Flo, karyerasını harada davam etdirir?

Sporaz.tv xəbər verir ki, Tore Andre Flo, Norveç tarixinin ən önəmli hücumçularından biridir. Hündür boyu və fürsətçi xasiyyəti ilə xüsusilə Chelsea (Çelsi)-də mühüm nailiyyətlər əldə edən Flo, türk komandalarında da tez-tez xatırlanırdı.

2011-ci ildə Sogndalda futbolu tərk edən Flo, daha sonra Chelsea (Çelsi)-də çalışmağa başlayıb. 2020-ci ildə Norveçin U21 komandasının köməkçi məşqçisi vəzifəsinə təyin olunan Flo, iki ildir ki, ölkəsinin 2-ci Liqa komandalarından biri olan “Sogndal”ı çalışdırır.