Toni Kroosdan Arda Gülerə təriflər

Bakı, 29 iyul, Sporaz.tv

Karyerasını bitirən Toni Kroos, “Real Madrid“dən olan, keçmiş komanda yoldaşı Arda Gülerdən danışıb. Toni Kroos, Arda Gülerin istedadına diqqət çəkərkən, milli oyunçuya tərif dolu sözlər yağdırıb.

Sporaz.tv xəbər verir ki, karyerasına son qoyan Toni Kroos, öz layihəsinin reklamında Arda Güler ​​haqqında təriflər söylədi.

Təqaüdçü alman futbolçu, açıqlamasında etdiyi şərhdə, “Arda Güler ​​sağlam qalsa, onu böyük gələcək gözləyir.”-dedi.

Toni Kroos sözlərinə belə davam etdi: “Onun sol ayağı inanılmazdır. Bunu lap əvvəldən müşahidə etdik. İndiki vaxtda onun kimi oyunçular çox deyil. O, həqiqətən öyrənmək və təkmilləşmək istəyir. Onun istedadı inanılmazdır.”