Toni Kroos karyerasını başa vurur

Bakı, 21 may, sporaz.tv

Almaniya millisinin və İspaniyanın “Real Madrid” komandasının futbolçusu Toni Kroos karyerasını başa vurur.

Yerli media xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu yay Almaniyada keçiriləcək Avropa çempionatı-dan sonra futbolla vidalaşacağını açıqlayıb.

Qeyd edək ki, Toni Kroos karyerası ərzində Almaniyanın “Bayern Munich (Bavariya)” və “Bayer 04 Leverkusen (Bayer)” klublarında da çıxış edib. 2014-cü ildən “Real Madrid“in formasını geyinən futbolçu həmin il yığmanın heyətində dünya çempionu olub.

Mənbə:Azərtac