“Tom Lockyer”in karyerası hələdə sual altındadır

Bakı,1 may,Sporaz.tv

İngiltərənin “Luton” futbol klubunun kapitanı, 2023-cü ilin dekabrında “Bournemouth”(Bornmut)la matçda ürəktutması keçirən “Tom Lockyer” karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı həkimlərin qərarını gözləyir.

Sporaz.tv məlumat verir ki, xoşagəlməz hadisədən sonra 29 yaşlı uelsliyə defibrillyator quraşdırılıb.

“Meydana qayıtmağımla bağlı daha sonra qərar veriləcək. Kardioloq hər an daha oynamayacağımı deyə bilər. Bu baş verərsə, qəbul edəcəm, çünki hələ də xəstəxanadayam”, – deyə futbolçu bildirib.

Bu yaxınlarda ata olan T.Lockyer övladını görmək fürsəti əldə etdiyi üçün çox sevinclidir: “Qızımı qucağımda tutmaq heyrətamizdir. Övladınız üçün hiss etdiyiniz sevgi inanılmaz dərəcədə güclüdür. Onun böyüməsini, dəyişməsini və gülümsəməsini görmək fürsətinə görə çox minnətdaram”.