Timberwolves və Pacers final biletlərini aldılar

Bakı,20 may,Sporaz.tv

NBA Qərb Konfransında Minnesota Timbervolves və Şərq Konfransında İndiana Pacers finala yüksəlib.

Şərq Konfransının finalında “Pacers” “Boston Celtics”lə, “Timbervolves” isə Qərb Konfransında “Dallas Mavericks”lə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, İndiana Pacers Amerika Basketbol Liqasının (NBA) konfransının yarımfinalında Nyu-York Knicks-i 130-109 hesabı ilə məğlub etdi və finalda Boston Celtics-in rəqibi oldu və seriyanı 4-3 qazandı.

NBA-nın pley-off mərhələsi iki qarşılaşma ilə davam edib. Şərq Konfransında; Peysers Nicksə 21 xalla qalib gələrək finala yüksəlib.

Pacers üçün Tyrese Haliburton 26 xal; Endryu Nembhard və Paskal Siakam hərəyə 20 xal toplayaraq “Peysers”i finala çıxarıblar.

“Niks” üçün Donte DiVinçenzonun topladığı 39 xal qələbə üçün kifayət etmədi.

Pacers Şərq Konfransının finalında “Boston Celtics” ilə qarşılaşacaq.

Vüqar ALIŞOV