Timberwolves “hələ bitməyib” deyir

Bakı, 17 may, Sporaz.tv

Minnesota Timbervolves Amerika Basketbol Liqası (NBA) konfransının yarımfinalında Denver Nuggets-i 115-70 hesabı ilə məğlub edərək seriyanı VII oyuna çıxarıb.

Sporaz.tv xəbər verir ki, NBA-nın pley-off mərhələsi bir oyunla davam etdi. Effektiv müdafiəsi ilə rəqibini 70 xala saxlayan Timbervolves 45 xal fərqlə qalib gələrək seriyada hesabı 3-3 etdi.

Entoni Edvards 27 xal, 4 ribaund, 4 asist, Jaden McDaniels 21 xal, 4 ribaund, Mayk Konli 14 xal, 5 asist, 4 ribaund, Naz Rid 10 xal, 11 ribaundla Timbervolvzda qələbəyə töhfə verib.

Nuggets-in heyətində Nikola Jokic 22 xal, 9 ribaund, 2 asist, Aaron Gordon 12 xal, 8 ribaund, 4 asist, Camal Murray 10 xal, 5 məhsuldar ötürmə ilə oynadı.

Seriyanın 7-ci və sonuncu oyunu mayın 19-u bazar günü Nuggets-in öz meydanında oynanılacaq.

Vüqar ALIŞOV