Tibo Kurtua Avro-2024-də çıxış edəcək ?

Bakı, 1 may, Sporaz.tv

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko zədə səbəbindən mövsümün böyük hissəsini buraxan “Real Madrid”in təcrübəli qapıçısı Tibo Kurtuanın Avro-2024-də iştirak etməyəcəyini açıqlayıb.

Sporaz.tv  xəbər verir ki, 31 yaşlı qolkiper avqustda ön çarpaz bağını cırdıqdan sonra mart ayında menisküsündə cırılıb.

O, sürətlə sağalsa da, Kurtua bu yay Almaniyada meydana çıxmayacaq. Belçikalı qolkiper 102 dəfə millinin formasını geyinib.

Kurtuanın yoxluğunda Belçikanın qapısını Koen Kastilsin qoruyacağı gözlənilir.

Belçika AVRO-2024-də E qrupunda Rumıniya, Ukrayna və Slovakiya ilə mübarizə aparacaq. 

Vüqar Alışov