Tiaqo Silva -“Unudulmayacaq mövsüm oldu”

Bakı, 27 may, Sporaz.tv

“Zirə”-in qapıçısı “Tiago Silva (Tiaqo Silva)” komandanın cari mövsüm çıxışını dəyərləndirib.

Sporaz.tv-in verdiyi məlumata görə, portuqaliyalı qapıçı bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O, komandanın möhtəşəm işlər gördüyünü bildirib:

“Əsla unutulmayacaq mövsüm oldu. Liqada ikinci olduq, avrokuboklara vəsiqə qazandıq. 36 oyunda cəmi 22 qol buraxaraq çempionatın ən yaxşı müdaifə olunan komandasıyıq.

Növbədə Azərbaycan Kuboku-un finalı var. Möhtəşəm bir hekayədir. Ancaq hələ bitməyib. Kuboku qazanmaq üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.