Tiaqo Silva “Chelsea”(Çelsi)ni tərk edir

Bakı, 29 aprel, Sporaz.tv

Braziliyalı futbolçu Tiaqo Silva mövsümün sonunda “Chelsea”(Çelsi)dən ayrılır
İSTANBUL (AA) – İngiltərə Premyer Liqa komandalarından olan “Chelsea”(Çelsi)də çıxış edən braziliyalı müdafiəçi Tiaqo Silva, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Sporaz.tv  xəbər verir ki, 2020-ci ildə Paris Saint-Germain-dən London komandası ilə müqavilə imzalayan 39 yaşlı Silva 4 ildir ki, bir il qalmaq niyyəti ilə gəldiyi “Chelsea”(Çelsi)nin formasını geyindiyini bildirib.

“Chelsea”(Çelsi)yə olan sevgisinin sözlə ifadə edilə bilməyəcəyini ifadə edən Silva , “Bu klub mənim üçün çox şey deməkdir. Normal şəraitdə belə vidalaşmaq çətindir, amma qarşılıqlı sevgi varsa, daha da çətindir. Amma bir dəfə “mavi” ‘, həmişə ‘mavi’ olaraq qalır”.

Təcrübəli müdafiəçi 151 matçda meydana çıxdığı paytaxt təmsilçisi ilə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olub.

Vüqar Alışov