Thomas Reis, “Samsunspor”da

Bakı, 12 iyun, Sporaz.tv

Samsunspor” yeni baş məşqçisi Tomas Reis ilə 1+1 illik müqavilə imzaladığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Superliqa komandalarından “Samsunspor” yeni çalışdırıcısı ilə müqavilə imzalayıb.

Qara dəniz komandası, alman məşqçi Tomas Reisi 1+1 il müddətinə vəzifəyə təyin edib.

İmzalanma mərasimindən sonra çıxış edən baş məşqçimiz Tomas Reis, “Samsun çox gözəl şəhərdir. Bura gəldiyim üçün xoşbəxtəm. Stadionu, obyektləri və Samsunspor Futbol Akademiyasını ziyarət etdim, çox bəyəndim. Bunun üçün əlimdən gələni edəcəm. Azarkeşlərimizin dəstəyi ilə komandamızı uğura aparacağımıza inanıram.”- sözlərini qeyd edib.