Bakı, 10 iyul, Sporaz.tv
Thomas Müller Almaniya millisindəki karyerasını başa vurur.
Almaniya millisində sonuncu dəfə AVRO-2024-də çıxış edən 34 yaşlı Thomas Müller karyerasını bitirmək qərarına gəlib. “Bild”in məlumatına görə, Müller Almaniya millisindəki karyerasını başa vurur.
Sporaz.tv məlumat verirnki, belə ki, Thomas Müller sonuncu dəfə AVRO-2024-ün 1/4 finalında İspaniya – Almaniya matçında millinin formasını geyinib. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan təcrübəli futbolçu 80-ci dəqiqədə oyuna qoşulub.
Thomas Müller İspaniyaya məğlubiyyətdən sonra verdiyi açıqlamada “Real olaraq, bu, mənim son milli matçım olacaq”-deyib.
Almaniya millisində 131 dəfə çıxış edən Tomas Müller 45 qol vurub, 41 məhsuldar ötürmə edib.
Təcrübəli futbolçu Almaniya ilə 2014-cü il dünya çempionatında çempionluq sevincini yaşayıb.