Thomas Mhyre, karyerasına harda davam edir?

Bakı, 5 avqust, Sporaz.tv

Bir vaxtlar “Beşiktaş”da çıxış edən norveçli karyerasını harada davam etdirir?

Sporaz.tv xəbər verir ki, Thomas Mhyre, 2001-ci ildə “Everton”dan “Beşiktaş”a gəlib. Cəmi 1 il ağ-qara komandada qalan norveçli qolkiper, yenidən Premyer Liqaya qayıdıb.

2011-ci ildə futbolu tərk edən Mhyre, 2021-ci ildə ölkəsinin Moss klubunda İdman Meneceri kimi fəaliyyətə başlayıb, bir il sonra isə texniki direktor olub.

Moss, Norveç 2-ci Liqasında mübarizə aparır və 17-ci həftəsi geridə qalaraq liqada ikinci yerdədir.