Thomas Meunier “Fenerbahçe”yə şans vermədi

Bakı, 12 avqust, Sporaz.tv

Lille“də çıxış edən Thomas MeunierFenerbahçe” ilə turda inamlıdır. Meunierin “Fenerbahçe”nin güclü tərəfləri var, lakin onlar bizdən güclü deyil. İnanıram ki, sıralanma şansımız yüzdə 1000” sözləri ilə diqqət çəkib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında sabah “Lille”i qəbul edəcək. Fransa yığmasında çıxış edən Thomas Meunier matçla bağlı diqqətçəkən açıqlamalar verib.

“Fenerbahçe”nin Dusan Tadic və Youssef En-Nesyri kimi təcrübəli futbolçularının olduğunu ifadə edən Meunier, “Əgər Jose Mourinho orada imza atıbsa, bu, klubla nəsə qazana biləcəyini bildiyi üçün” deyib.

“Fənərbaxça”nin güclü tərəflərinin olduğunu ifadə edən Thomas Meunier, “Ancaq onları bizdən güclü görmürəm. Sıralanma şansımızın yüzdə 1000 olduğuna inanıram” dedi.

“Trabzonspor”da oynadığını xatırladan Thomas Meunier “Türk azarkeşlərin şöhrəti onların ehtirasından qaynaqlanır. Bu cür matç atmosferləri məni motivasiya edir. Bundan yararlanmaq lazımdır. Meydanda baş verənlər tribunalara da təsir edəcək” dedi.

“Fenerbahçe”nin “Lille”i qəbul edəcəyi matç sabah saat 20:00-da başlayacaq.

Bahar Rüstəm