Thiago “Chelsea”dən gedir?

Bakı,22 aprel,Sporaz.tv

İngiltərənin “Chelsea”(Çelsi) klubunda çıxış edən braziliyalı müdafiəçi Thiago Silva(Tiaqu Silva) “Fluminense”yə dönə bilər.

Sporaz.tv xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı oyunçunun London klubu ilə müqavilə müddəti iyunda başa çatacaq.

Bildirilib ki, o, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq klubuna azad agent kimi transfer olunacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündən “Chelsea”də çıxış edən Thiago Silva 149 oyunda meydana çıxıb və 9 qola imza atıb