TFF, yeni prezidentini seçir

Bakı, 17 iyul, Sporaz.tv

Türkiyə Futbol Federasiyasının Maliyyə və Seçkili Baş Assambleyası sabah Ankarada toplanacaq.

Sporaz.tv xəbər verir ki, TFF, yeni prezidentini seçir. Baş Assambleya sabah saat 11:00-da öz işinə başlayacaq.

Hazırkı prezident Mehmet Büyükekşi, Servet Yardımcı və İbrahim Ethem Hacıosmanoğlu prezident seçkilərində namizədliklərini açıqlayıblar. Servet Yardımçı namizədliyini geri götürdüyünü bildirib.

Mütləq səs çoxluğu əldə olunmazsa, ikinci iclas bir gün sonra eyni yerdə və vaxtda keçiriləcək.

İkinci iclasda səs çoxluğu əldə olunmazsa, səs çoxluğu tələb olunmadan üçüncü iclas iyulun 26-da cümə günü keçiriləcək.