TFF, fond ödənişlərini açıqladı

Bakı, 20 iyun, Sporaz.tv

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqada 2024-2025-ci il mövsümündə əcnəbi futbolçu qeydiyyatından toplanacaq fond haqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, TFF-dən verilən açıqlamada, klubların müqavilə bağlayacaqları 1 yanvar 2002-ci il və ya bu tarixdən sonra doğulan əcnəbi futbolçular üçün heç bir maliyyə haqqı ödəməyəcəyi bildirilib.

Qeyd edilib ki, transfer və qeydiyyat müddətinin sonunda 12-dən çox əcnəbi futbolçu ilə müqaviləsi olan Super Liqa klubları, bu futbolçuların hər biri üçün TFF-yə əlavə 1 milyon lirəlik infrastruktur fondu haqqı ödəməlidir.