TFF-dən Serdar Saatçı ilə bağlı açıqlama

Bakı, 16 iyun, Sporaz.tv

2024-cü il Avropa Futbol Çempionatı (AVRO 2024) hazırlıqlarını davam etdirən Milli Futbol Komandasının məşqinə qatılmaq üçün Almaniyada olan Serdar Saatçı, düşərgəni tərk edib.

Sporaz.tv xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən açıqlamada: “Milli Komandamızın AVRO 2024 düşərgə fəaliyyətlərində iştirak etmək üçün Polşadan Almaniyaya gələn qrupa daxil olan Ümit Milli Komandamızın futbolçusu Serdar Saatçı, məşqini tamamlayıb və bu səhər komandamızın Barsinghausendəki düşərgəsini tərk edib.”- deyə bildirilib.