TFF-dən Vincenzo Montellaya telefon zəngi

Bakı, 24 iyul, Sporaz.tv

TFF-nin yeni Türkiyə komandaları meneceri Ceyhun Kazancı, A Milli Komandasının baş məşqçisi Vincenzo Montellaya zəng edərək dəstəyini ifadə edib.

Sporaz.tv mlumat verir ki, TFF-nin yeni prezidenti İbrahim Hacıosmanoğlunun idarə heyətində yer alan Ceyhun Kazancı, Türkiyə komandaların meneceri olub. Kazancı, vəzifəyə gəldikdən sonra ilk olaraq Vincenzo Montella ilə görüşüb.

Ceyhun Kazancı, Vincenzo Montellaya zəng edib. İtalyan məşqçi ilə görüşən Kazancı, Montellaya dəstək olduğunu bildirib.

Montella, həmçinin Ceyhun Kazancıya yeni vəzifəsində uğurlar arzulayıb. Avqustun 3-də keçiriləcək “Galatasaray“(Qalatasaray) – “Beşiktaş” Superkubok matçında ikili görüşəcək və məlumat mübadiləsi aparacaq.