Bakı, 30 iyul, Sporaz.tv
TFF, Galatasaray (Qalatasaray) ilə Beşiktaş arasında keçiriləcək Super Kubok finalı öncəsi mətbuat konfransı təşkil ediləcəyini açıqladı.
Sporaz.tv xəbər verir ki, TFF-dən verilən açıqlama belədir:
“Trendyol Super Liqa çempionu Galatasaray A.Ş. və Ziraat Türkiyə Kuboku Çempionu “Beşiktaş” A.Ş. arasında keçiriləcək Turkcell Super Kuboku matçı öncəsi ortaq mətbuat konfransı baş tutacaq. Konfrans, 2 avqust Cümə günü Atatürk Olimpiya Stadionu Amfiteatr Mətbuat Yığıncaq Salonunda, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.