TFF-dən İrfan Can Kahveci ilə bağlı açıqlama

Bakı, 13 iyun, Sporaz.tv

TFF Polşa ilə matçda zədələnən İrfan Can Kahveci ilə bağlı açıqlama yayıb. İrfan Can Kahvecinin müalicəsinin davam etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki,  Türkiyə milli komandasının heyətində İrfan Can Kahveci Polşa ilə yoldaşlıq oyununda zədələnib.

TFF milli futbolçunun son durumu ilə bağlı açıqlama yayıb.

“Milli komandamızın AVRO 2024-ün heyətində yer alan futbolçulardan İrfan Can Kahvecinin Polşa ilə hazırlıq oyunun ilk yarısında aldığı zədə ilə bağlı müalicəsi davam edir. Milli futbolçumuzun səhhətinin vəziyyəti izlənir”.

İrfan Can Kahvecinin AVRO 2024-ün heyətindən çıxarılıb-çıxarmayacağına qısa müddətdə aydınlıq gələcək.

Bahar Rüstəm