Bakı, 10 iyun, Sporaz.tv
Türkiyə Futbol Federasiyası (TFF) Fenerbahçe (Fənərbaxça) klubunun adi seçkili ümumi qurultayında yenidən prezident seçilən Ali Koç üçün təbrik məktubu dərc edib.
Sporaz.tv xəbər verir ki, TFF-dən verilən açıqlamada: Fenerbahçe (Fənərbaxça) Klubunun Adi Baş Assambleyasının ardından prezident seçilən cənab Ali Koç və idarə heyətini təbrik edir, rəhbərlik müddətində uğurlar arzulayırıq”-deyə bildirilib.
Həmçinin, Beşiktaş Klubu da Koçu təbrik edib.
Ağ-qara komandadan verilən açıqlamada: Fenerbahçe (Fənərbaxça) İdman Klubunun Adi Baş Assambleyasında prezident seçilən cənab Ali Y. Koçu təbrik edir, ona və idarə heyəti üzvlərinə vəzifələrində uğurlar arzulayırıq. ” ifadələrdən istifadə olunub.