Bakı, 26 aprel, Sporaz.tv
“Beşiktaş” 24 yaşlı müdafiəçi Tayyib Talha Sanuçla müqaviləni 2027-ci ilə qədər uzadıb.
Sporaz.tv xəbər verir ki, “Beşiktaş” daxili transferdə ilk addımını atıb. “Ağ-qaralar” Tayyib Talha Sanuçun müqaviləsini uzadıb.
“Ağ-qaralar” 24 yaşlı müdafiəçini 2022-ci ildə “Adana Dəmirspor”dan heyətinə qatıb.
Tayyib Talha Sanuç sonuncu dəfə “Beşiktaş”ın MKE Ankaragücü ilə kubok matçının ikinci hissəsində iştirak edib.
Gənc müdafiəçi 2027-ci ilə qədər “Beşiktaş”ın formasını geyinəcək.
Vüqar Alışov