Tayyib Təlhənin müqavilə müddəti uzadılıb

Bakı, 26 aprel, Sporaz.tv

“Beşiktaş” 24 yaşlı müdafiəçi Tayyib Talha Sanuçla müqaviləni 2027-ci ilə qədər uzadıb.

Sporaz.tv  xəbər verir ki, “Beşiktaş” daxili transferdə ilk addımını atıb. “Ağ-qaralar” Tayyib Talha Sanuçun müqaviləsini uzadıb.

“Ağ-qaralar” 24 yaşlı müdafiəçini 2022-ci ildə “Adana Dəmirspor”dan heyətinə qatıb.

Tayyib Talha Sanuç sonuncu dəfə “Beşiktaş”ın MKE Ankaragücü ilə kubok matçının ikinci hissəsində iştirak edib.

Gənc müdafiəçi 2027-ci ilə qədər “Beşiktaş”ın formasını geyinəcək.

Vüqar Alışov