“Galatasaray”-da Taylan Antalyalı qərarı

Bakı, 16 iyun, Sporaz.tv

Galatasaray”-da icarədən qayıdan futbolçular düşərgədə qiymətləndiriləcək.

Sporaz.tv məlumat verir ki, “Galatasaray” iyulda təşkil edəcəyi xaric düşərgələri ilə yeni mövsümə hazırlaşacaq. Sarı-qırmızılı komandanın heyət planı da bu müddətdə bəlli olacaq.

Yeni mövsümün hazırlıqlarına Yusuf Demir, Taylan Antalyalı, Kazımcan Karataş kimi futbolçular qatılacaq.

“Galatasaray”ın xüsusilə Taylan Antalyalını komandada saxlamaq istədiyi öyrənilib. Ötən mövsümü “Yılport Samsunspor“da keçirən 29 yaşlı futbolçu, 26 matçda meydana çıxıb. Bu müddətdə Taylan, 2 dəfə fərqlənib, 1 qol ötürməsi edib. Təcrübəli futbolçunun əcnəbi kvotaya görə növbəti mövsümdə əvəzləməda olacağı gözlənilir.

Komandada Halil Dervişoğlu, Yusuf Demir, Kazımcan Karataşın gələcəyi qeyri-müəyyəndir. Üç futbolçu ilə bağlı yekun qərar iyulun 9-dan 18-dək Avstriyada keçiriləcək düşərgədə veriləcək. “Galatasaray”ın 22-27 iyul tarixləri arasında keçiriləcək ikinci düşərgəsində yeni mövsüm planının tamamlanması planlaşdırılır.