Tarixin ən sürətli futbolçusu:Usain Bolt

Bakı,1 may,Sporaz.tv

32 yaşında Atletizmdən təqaüdə ayrılan rekordmen Jamaikalı, futbol sevgisinin ardından getməyə qərar verdi.

Usain Bolt,atletikanı buraxıb,futbol karyerasına başlayanda tarixin ən sürətli futbolçusu olacağı gözlənilirdi. İlk öncə Borussia Dortmund ilə A komandasının məşqlərinə çıxdı.Daha sonra Cənubi Afrikada Mamelodi Sundowns, Norveçdə Stromsgodset idmanlarına qatılsa da, müqaviləni Avstraliyada Central Coast Mariners ilə bağladı.

44 km sürətlə qaçan,dünyanın ən sürətli adamı artıq futbolçu idi. 32 yaşına baxmayaraq rəqiblərinə nəzərən sürətiylə ilk hazırlıq oyununda 2 qol atdı.

Ancaq, işlər arzuladığı kimi olmadı,axtardığı xoşbəxtliyi Avstraliyada tapmadı. Buradakı səviyyənin xəyalları üçün bəs etmədiyini başa düşmüşdü.

Bir neçə cəhddən sonra artıq davam etmək istəmədi və rəsmi oyuna çıxmadan futbol karyerasını bitirdi.

Sizcə,Bolt futbola davam etsəydi,uğurlu olardımı?