Tarixi performansın astanasında

Bakı,13 may,Sporaz.tv

Paul Onuaçu Trabzonsporu daşımağa davam edir. Superliqanın 36-cı həftəsində “İstanbulspor”a 3:0 hesabı ilə qalib gələn göy-göylülər heyətində iki qol vuran Onuaçu qol sayını 14-ə çatdırıb. Nigeriyalı mərkəz hücumçusu daha 2 qol vursa, “Trabzonspor”un son 4 mövsümün bombardiri olacaq.

Sporaz.tv xəbər verir ki , Trendyol Superliqasının XVI həftəsində “İstanbulspor”u 3:0 hesabı ilə məğlub edən Trabzonsporda.nigeryalı futbolçu Paul  vurduğu 2 qolla qol sayını 14-ə çatdırıb və son illərdə komandasının bombardirlərindən birinə çevrilib.

Mövsüm başladıqdan sonra İngiltərənin Sauthempton komandasından icarəyə götürülən nigeriyalı futbolçu ilk olaraq 5-ci həftədə Beşiktaş matçında meydana çıxıb. Paul Onuaçu Afrika Millətlər Kuboku və zədəsi səbəbindən yalnız 20 liqa matçında iştirak edə bildi. Bordo-mavililərin bombardiri olan Onuraçu liqada 1458 dəqiqə meydanda qalıb və hər 104 dəqiqədə bir dəfə fərqlənib.

Vüqar ALIŞOV