Tarixdə ilk: 2024-cü ilin ən çox qazanan idmançıları

Bakı,17 may,Sporaz.tv

Forbes jurnalı 2024-cü ilin ən çox qazanan idmançılarını müəyyən edib.

Sporaz.tv xəbər verir ki, siyahıdakı 10 adın hamısının illik qazancının ilk dəfə olaraq 100 milyon dolları keçdiyi bildirilib.

Cristiano Ronaldo 4-cü dəfə siyahıda birinci yerdə qərarlaşıb.

Siyahıda yer alan idmançıların adlarını təqdim edirik:

1. Cristiano Ronaldo – 260 milyon dolar

2. Jon Rahm – 218 milyon dolar

3. Lionel Messi – 135 milyon dolar

4. LeBron James 128.2 milyon dolar

5. Giannis Antetokounmpo – 111 milyon dolar

6. Kylian Mbappe – 110 milyon dolar

7. Neymar – 108 milyon dolar

8. Karim Benzema – 106 milyon dolar

9. Stephen Curry – 102 milyon dolar

10. Lamar Jackson – 100.5 milyon dolar