Tarixə düşən transfer: Julian Alvarez, “Atletico Madrid”də

Bakı, 12 avqust, Sporaz.tv

Atletico Madrid (Atletiko Madrid), 75 milyon avroya Manchester City (Mançester Siti)-dən Julian Alvarezi heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, Atletico Madrid (Atletiko Madrid), bu yay etdiyi transferlərlə adından söz etdirib. İspaniya nəhəngi,  Robin Le Normanddan sonraAlexander Sörlothu heyətinə qatıb. Madrid klubu bir müddət əvvəl Manchester City (Mançester Siti)-dən Julian Alvarezi də transfer edib.

İspaniya nəhəngi, bu transfer üçün ingilis komandasına 75 milyon avro və 20 milyon avro bonus ödəyəcək. Argentinalı hücumçu, Atletico Madrid (Atletiko Madrid)-lə 6 illik müqavilə imzalayıb.

Julian Alvarez, Joao Felixdən sonra Atletico Madrid (Atletiko Madrid) tarixində ən yüksək transfer haqqı ödənilən ikinci oyunçu oldu.

Julian Alvarez, 2021-22 mövsümünün fasiləsində 21,4 milyon avroya “River Pleyt”dən Manchester City (Mançester Siti)-yə transfer olunub. Ulduz oyunçu, həmin mövsümün sonuna qədər “River Pleyt”də qalıb. “City”-də 2 mövsüm keçirən Alvares, Çempionlar Liqası, 2 Premyer Liqa, FIFA Klublararası Dünya Çempionatı, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.

24 yaşlı futbolçu, Manchester City (Mançester Siti)-nin heyətində 103 matçda 36 qol vurub, 18 məhsuldar ötürmə edib.