Tarixə düşən transfer

Bakı, 12 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa təmsilçisi “Tottenham,” “Bournemouth“un mərkəz hücumçusu Dominic Solankeni heyətinə qataraq rekord transfer edib.

Sporaz.tv məlumat verir ki, “Tottenham Hotspur”, “Bournemouth”un hücumçusu Dominic Solankeni transfer edib.

64 milyon avroya transfer edilən Solanke, “Tottenham”ın klub tarixində ən yüksək transfer haqqı ödədiyi futbolçu oldu. Bundan əvvəlki rekord 62 milyon avro ilə Tanguy Ndombeleyə məxsus idi.

Bu arada ingilis hücumçunun transferdən əlavə 12 milyon avro bonus ödənişinin olduğu iddia edilib.

26 yaşlı Dominic Solanke, ötən mövsüm “Bournemouth”un heyətində 42 rəsmi matçda iştirak edən Tanguy Ndombele, 21 qol və 4 məhsuldar ötürmə ilə komandasına töhfə verib.