Tanınmış boksçunun balıq qorxusu

Bakı, 18 oktyabr, Sporaz.tv

Britaniyadan olan və bütün zamanların ən yaxşı boksçularından biri hesab edilən Anthony Joshua haqqında diqqətçəkən etiraflar edilib.

Sporaz.tv xəbər verir ki, 28 qələbədən 25-ni nokautla qazanan 32 yaşlı boksçunun balıq qorxusunun olduğu ortaya çıxıb.

Boks promouteri və Barry Hearn Show podkastının sahibi Barry Hearn öz şousunda Joshuanın balıqdan qorxduğunu dilə gətirib.

Hearn bildirib ki, o, əvvəllər heç vaxt balıq tutmayan Anthony Joshuanı bir dəfə balıq tutmağa aparıb. O, Joshua’nın 5 və ya 6 kiloluq balıq tutduğunu və Joshuanın birdən “Mən nə edəcəm?” deyə qışqırmağa başladığını bildirib.

Baş verənlərdən sonra Hearn Joshuaya: “Sən insanları yıxmaqla dolanırsan. Balıqdan qorxursan?” -deyib.