Tanguy Ndombele Fransada yenidən gündəmdədir

Bakı, 7 oktyabr, Sporaz.tv

Fransa Liqa 1 komandalarından olan “Nice”-də çıxış edən Tanguy Ndombele, bu mövsüm üçüncü dəfə həftənin 11-də seçilib. Ndombelenin məşqçisi Franck Haise: “O, hər keçən həftə yaxşılaşacaq” dedi.

Sporaz.tv məlumat verir ki, ötən mövsüm “Galatasaray“(Qalatasaray)-da gözləntiləri aşağı salan Tanguy Ndombele Fransadakı çıxışı ilə diqqət çəkib.

Bu həftə Liqa 1-də oynanan matçda “Nice” evdə “PSG” ilə heç-heçə edib və Ndombele həftənin üçüncü dəfə 11-ci olub.

Fransız futbolçu, 3-cü və 5-ci həftələrdən sonra həftənin 11-nə seçildi.

Matçdan sonra açıqlama verən Tanguy Ndombele: “Karyeramda oynamaq lazım olan bir nöqtədəyəm. Sübut edəcəyim şeylər var və oynamaqdan başqa bəzi hissləri yenidən kəşf etmək istəyirəm” – dedi.

Paris Saint Germain matçından sonra danışan “Nice”-nin baş məşqçisi Franck Haise: “Onu məcbur etməyəcək şəkildə hazırladıq. Hər keçən həftə yaxşılaşacaq”- dedi.

Fransadakı yayımçı Ndombele haqqında bunları deyib: “Ndombele bu axşam Zaire-Emeriyə dərs verdi. Mən əsəbiləşdim, çünki bu 27 yaşlı oğlan millidə olmalıdır”. – şərh edildi.