Tam 5 dəfə: Jayden Oosterwolde üçün rekord pul

Bakı, 28 iyun, Sporaz.tv

Fenerbahçe“nin hollandiyalı ulduzu Jayden Oosterwoldeyə taliblər günü-gündən artır. “Napoli“nin yaxından maraqlandığı futbolçu daha 3 klubun radarına düşüb. Fenerbahçe Oosterwoldenin mümkün transferindən 25-30 milyon rekord transfer gəliri gözləyir.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”də ötən mövsümün ulduzlarından olan Jayden Oosterwolde Avropa komandalarını özünə cəlb edib.

Hollandiyalı futbolçu ilə “Napoli”nin yaxından maraqlandığı məlum olsa da, İtaliyadan “Roma” da 23 yaşlı futbolçunun arxasınca düşüb.

Oosterwolde həmçinin İngiltərədən West Ham UnitedBournemouth tərəfindən yaxından qeyd olunur.

“Fenerbahçe” 2022-2023 mövsümünün ara transfer dövründə “Parma”dan 6 milyon avroya transfer etdiyi Oosterwoldedən xəzinəsinə rekord məbləğdə pul qoya bilər.

Sarı-göylülər Oosterwoldenin mümkün transferindən 25-30 milyon avro aralığında rekord gəlir əldə etməyi hədəfləyir.

Oosterwolde ötən mövsüm “Fenerbahçe” ilə 43 oyun keçirib.

Gənc ulduz bu qarşılaşmada iki dəfə hesab töhvəsi verərkən 3.164 dəqiqə meydanda qaldı.