Tam 185 milyon avro: Ali Koçdan rekord transfer satışı

Bakı, 28 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) Klubu Ali Koçun prezidentliyi dövründə etdiyi transfer satışları ilə diqqət çəkir. Sonuncu dəfə Ferdi Kadıoğlunu 30 milyon avroya “Brighton”a göndərən “Fenerbahçe”, Ali Koç dövründə ümumilikdə 185 milyon avro transfer gəliri əldə edib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin prezidenti Ali Koç dövründə edilən transfer satışları yenidən gündəmə gəlib. Ferdi Kadıoğlunu son olaraq 30 milyon avroya “Brighton“a göndərən “Fenerbahçe”-nin Ali Koç dövründə edilən transfer satışları belədir:

Mame Thiam: 1.5 milyon avro

Michael Frey: 2 milyon avro

Willian Arao: 2.5 milyon avro

Marcel Tisserand: 3 milyon avro

Ozan Tufan: 3 milyon avro

Mergim Berisha: 4 milyon avro

Allahyar Sayyadmanesh: 4.5 milyon avro

Jailson: 4.5 milyon avro

Altay Bayındır: 5 milyon avro

Diego Rossi: 6 milyon avro

Bruma: 6.5 milyon avro

Giuliano: 10.5 milyon avro

Josef de Souza: 12 milyon avro

Attila Szalai: 12.3 milyon avro

Eljif Elmas: 17.7 milyon avro

Kim Min-jae: 19 milyon avro

Arda Güler: 20 milyon avro

Vedat Muriqi: 21 milyon avro

Ferdi Kadıoğlu: 30 milyon avro