Taliscaya klub adı verdilər: “O, Türkiyəyə qayıtmaq istəyir”

Bakı, 29 iyul, Sporaz.tv

Səudiyyə Ərəbistanı mətbuatı “Al Nassr“də çıxış edən “Anderson Talisca“(Anderson Taliska) ilə bağlı təəccüblü iddia irəli sürüb. Türkiyəyə qayıtmaq istədiyi deyilən braziliyalı futbolçu ilə “Fenerbahçe “(Fənərbaxça) və “Beşiktaş“ın maraqlandığı bildirilib.

Sporaz.tv məlumat verir ki, Superliqa nəhənglərinin “Al Nassr”dən ayrılması gündəmdə olan Anderson Talisca ilə maraqlandığı iddia edilib.

Səudiyyə Ərəbistanı mətbuatında dərc olunan xəbərdə Taliscanın yenidən Türkiyəyə qayıtmaq istədiyi bildirilib.

Türkiyədə Talisca ilə maraqlanan klubların “Fenerbahçe ” və “Beşiktaş” olduğu vurğulanıb.

Bazar dəyəri 13 milyon avro olan futbolçu ilə “Al Ain”, BƏƏ və “Al Shabab” klubları da maraqlanır.

“Al Nassr”lə 2026-cı ilin iyununa qədər müqaviləsi olan futbolçunun yeni mövsümdə hansı komandada çıxış edəcəyi maraq doğurur.

Talisca bu mövsüm “Al Nassr”ın heyətində 25 oyun keçirib.

30 yaşlı futbolçu bu matçlarda 25 qol vurub, 4 məhsuldar ötürmə edib.