Bakı, 20 noyabr, Sporaz.tv
Anderson Talisca ilə “Fenerbahçe”(Fənərbaxça) ilə “Al Nassr” arasında danışıqlar davam edir. Hələlik transferdə “Fenerbahçe”-nin rəqibinin olmadığı bildirilsə də, iki komanda futbolçunun satış növü ilə bağlı orta yol tapmağa çalışır.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe“-nin Talisca üçün danışıqlarını davam etdirdiyi “Al Nassr“, braziliyalı futbolçunu transfer haqqı ilə satmaq istəyir.
“Fenerbahçe”-nin planı bu transferi satın alma opsiyalı kirayəlik düsturla reallaşdırmaqdır.
“Fenerbahçe” rəhbərliyi ilə futbolçunun prinsipial razılığa gəldiyi iddia edilib və Talisca: “Klubumla razılaşsanız, gələcəm”-deyib.
Bu transferdə “Fenerbahçe”-nin əlini gücləndirən başqa bir məsələ də Taliscanın sarı-göylü komandadan başqa talibinin olmamasıdır.
Bu fürsətdən yararlanmaq istəyən “Fenerbahçe”, başqa talib çıxana qədər Talisca transferini tamamlamaq istəyir.
“Fenerbahçe”-nin planı Taliscanı mövsümün sonuna qədər icarəyə götürmək və maaşının bir hissəsini “Al Nassr”-a ödəməkdir. Müqaviləyə alqı-satqı variantının da daxil edilməsi nəzərdə tutulur.
“Al Nassr”-ın gözləntisi Taliscanı transfer haqqı ilə satmaqdır. İcarənin baş tutacağı təqdirdə “Fenerbahçe”-nin Taliscanın bütün maaşını ödəyəcəyi gözlənilir.
“Al Nassr” “Fenerbahçe”-yə təzyiq edir ki, satın alma variantını isteğe bağlı deyil, məcburi etsin.