Uğurcan Çakırdan transfer cavabı

“Trabzonspor”un kapitanı Uğurcan Çakır, “Ruzomberok” matçına hazır olduqlarını və turu qələbə ilə keçmək istədiklərini bildirib. Təcrübəli futbolçu transfer durumu ilə bağlı: “Təklif gəlsə, dəyərləndirəcəyik. Gedib-getməmək çox önəmli deyil. Bütün fikrimi işimə kökləmişəm və edəcəm” -deyə o, açıqlama verib.

“Amir Hadziahmetovic”dən çempionluq

“Beşiktaş”ın futbolçusu Amir Hadziahmetovic zədəsini sağaldığını və yeni mövsümə hazır olduğunu bildirib. Super Liqada növbəti mövsüm çempionluq yarışı və ağ-qara komandanın məşqçisi Giovanni van Bronckhorst bağlı Amir:”Hər kəs yarışa bərabər səviyyədən başlayacaq. Giovanni van BronCkhorstla münasibətimiz həqiqətən yaxşıdır. Hələlik Gördüyüm və başa düşdüyüm kimi, o, çox yaxşı məşqçidir.” . O, taktiki baxımdan da yaxşı şeylər düşünür.”-dedi.