“Beşiktaş”ın yeni transferindən ilk açıqlama
“Beşiktaş”ın Fatih Karagümrükdən heyətinə qatdığı Can Keleş transferdən məmnun olduğunu bildirib. Transfer prosesi ilə bağlı Can Keleş, “Məni heyran edən Beşiktaş azarkeşləri oldu. Azarkeşlər çox həvəslidir. Mənim üçün ən önəmlisi budur. Prezidentimiz Hasan Aratın layihəsini dinlədim. Çox maraqlandım və bəyəndim. “-dedi.