Hollandiya və Fransa bərabərə qalıb

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) D qrupunun ikinci oyununda Hollandiya və Fransa milliləri qarşılaşıb. Nəhəng mübarizədə qapılara qol vurulmayıb. Beləliklə, AVRO-2024-də ilk dəfə bir matç qolsuz başa çatıb. Bu nəticə ilə Polşanın son 16 tura yüksəlmək şansı yoxdur.