Boksda hədəf Paris 2024, rekord medaldır
Türkiyə 2024 Paris Olimpiya Oyunlarına boks branşında 8 idmançı ilə qatılacaq. Bu rekord iştiraka diqqət çəkən Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç türk boksunun Paris 2024-də iz qoyacağına inandığını bildirib.