Tadic qərarını rəsmən açıqladı

Bakı, 18 iyul, Sporaz.tv

Dusan Tadic Serbiya Milli Komandasından ayrıldığını açıqlayıb. “Fenerbahçe“nın ulduzu qərarını sosial şəbəkədəki paylaşımı ilə açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” forması geyinən Dusan Tadic AVRO-2024-ün başa çatması ilə bağlı Serbiya millisi ilə bağlı qərarını açıqlayıb.

Dusan Tadic sosial media hesabından verdiyi açıqlama ilə Serbiya Milli Komandasından ayrıldığını açıqlayıb. Tadic açıqlamasında: “Bu açıqlama ilə bütün futbolsevərlərə müraciət etmək istərdim. Mümkün qədər dəqiq və birbaşa olmağa çalışıram. Dediyim fikirlərin yanındayam. Nə komanda yoldaşlarımı, nə də kimisə təhqir etmək fikrində deyiləm. Almaniyada Serbiya komandasında olduğum üçün mübahisəli olduğunu bildiyim bəzi şeyləri bitirəcəyəm. Xüsusilə vurğulamaq istərdim ki, bunu izah etməyə ehtiyac hiss edirəm. Milli komanda mənə həmişə sevgi olub. Vətən sevgisi , insan sevgisi, oyun sevgisi, rəqabət, sosiallaşma… Milli komanda ilə vidalaşıram, amma futbolçu karyeramdan bir gün sonra yenidən orda olacağıma inanıram” dedi.

Tadic millidə 111 oyun keçirib. 35 yaşlı futbolçu bu matçlarda 23 qol vurub, 40 məhsuldar ötürmə edib.

Bahar Rüstəm