Tadic “Fenerbahçe”da mövsümün əvəzolunmaz futbolçusu oldu

Bakı,30 may,Sporaz.tv

Trendyol Super Liqasında mövsümü 99 xalla 2-ci pillədə başa vuran “Fenerbahçe(Fənərbağça)nın futbolçusu Dusan Tadic liqada 38 matçın hamısında forma geyinərək diqqət çəkib. Bu oyunçunu 37 matçla Ferdi Kadıoğlu Sebastian Szymanski izlədi.

Sporaz.tv məlumat verir ki, superliqada oynadığı 38 matçda 31 qalibiyyət, 6 heç-heçə və 1 məğlubiyyət alan “Fenerbahçe”(Fənərbağça) liqanı 99 xalla ikinci pillədə başa vurub.

Bu mövsüm sarı-göylülərin heyətində ən çox çıxış edən futbolçu Dusan Tadic olub.

Mövsümün əvvəlində “Fenerbahçe”(Fənərbağça)ya transfer olunan serbiyalı futbolçu liqada 38 matçda forma geyinib.

Bu matçların 37-də ilk 11-də meydana çıxan Tadic liqanın yalnız ilk yarısında oynanan TÜMOSAN Konyaspor matçına ehtiyat oyunçular skamyasında başlayıb. Tadic bu görüşün 66-cı dəqiqəsində oyuna daxil olub.

Baş məşqçi İsmayıl Kartalın vazkeçilməzlərindən olan 35 yaşlı futbolçu liqa matçlarında 3 min 160 dəqiqə meydanda olarkən 10 qol vurub, 14 məhsuldar ötürmə edib.

O, ümumilikdə 56 matçda iştirak edib

Bu mövsüm Superliqa, UEFA Avropa Konfrans LiqasıZiraat Türkiyə Kubokunda 56 matçda forma geyinən Dusan Tadic bu matçlarda 4 min 438 dəqiqə meydanda olarkən 16 qol vurub, 16 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu 3 sarı vərəqə alıb.

“Fenerbahçe”(Fənərbağça) bu mövsüm 57 matçda meydana çıxdığı halda, Tadic yalnız 1 matçda meydana çıxa bilməyib.

Serbiyalı futbolçu Ziraat Türkiyə Kubokunda “Adanaspor“la ev matçını ehtiyat oyunçular skamyasında izləyib.