Bakı, 13 oktyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbaxça)-nin serb ulduzu Dusan Tadic göstərdiyi performansla sarı-göylülərin əsas adlarındandır. Serbiya Millisindən ayrılan və diqqətini yalnız sarı-göylülər üzərində cəmləyən 35 yaşlı futbolçuya sürpriz təklif gəlib.
Sporaz.tv məlumat verir ki, Jose Mourinhodan sonra sağ cinahda oynamağa başlayan və komandaya dəstək verən adlardan olan Ducan Tadicə millidən zəng gəlib.
Serbiya Milli Komandası Tadici “Geri dön” deyə çağırıb. Lakin Tadic bu təklifə mənfi cavab verib və bütün vaxtını “Fenerbahçe”-də keçirəcəyini bildirib.
Tadiç bu mövsüm 13 matçda iştirak edib. Serb futbolçu “Fenerbahçe” forması altında bu matçlarda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.