“Tərifləri eşitmək çox qürurverici idi”

Bakı, 17 sentyabr, Sporaz.tv

Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella UEFA-nın 14-cü Milli Komanda Məşqçiləri Konfransında iştirak edib.

Sporaz.tv xəbər verir ki, UEFA-nın Almaniyanın paytaxtı Berlində təşkil etdiyi tədbir UEFA baş katibinin müavini Giorgio Marchetti və ev sahibi Almaniyanın idman direktoru Rudi Völlerin açılış nitqləri ilə başlayıb.

Konfransda 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) texniki müşahidəçiləri Rafael Benites, David Moyes, Pat Bonner və Michael O’Neillin iştirakı ilə qurumun texniki-taktiki təhlilinin aparıldığı sessiya keçirilib. Bu sessiyadan sonra UEFA-nın Texniki Təlim və İnkişaf üzrə Direktoru Olivye Doglia və UEFA Texniki Müşahidəçi İoan Lupeskunun moderatorluğu ilə məşqçilərin fikir mübadiləsi apardığı forum təşkil olunub.

Vincenzo Montella açıqlamasında beynəlxalq futbol ictimaiyyətindəki həmkarları ilə müxtəlif platformalarda bir araya gəlməsinin vacib olduğunu vurğulayaraq, “Turnirin texniki müşahidəçiləri ilə birlikdə AVRO 2024-ü dəyərləndirmək çox dəyərli idi. və digər məşqçilərlə turniri ətraflı müzakirə etdik və oyun haqqında fikir mübadiləsi apardıq” deyib.

Bahar Rüstəm

Leave a Reply